Əsas səhifə/ Filmlər / Qısa metraj filmlər/ Yapon və yaponyalı

Yapon və yaponyalı

153 baxış

1944-cü il. Yaponiya. Kamikadze dəstəsi döyüşə hazırlaşır. Dəstəyə əmr verilir: müqəddəs sınaq vaxtımız gəlib çatıb. Gündoğan ölkənin gələcəyi naminə, imperator uğrunda gedin şəhid olun...Bu ağır vuruşmada bir nəfərdən başqa hamı həlak olur. Sağ qalmış kamikadze isə paraşütlə tullanarkən cəbhə bölgəsindən gəlib Azərbaycana, Nardaran qəsəbəsinə düşür. Bu balıqçılar qəsəbəsində onu "yapon" ləqəbli cavan oğlan Gülbala tutub evlərinə gətirir.Bu qeyri-adi hadisədən xəbər tutan dövlət təlükəsizliyi komitəsinin nümayəndəsi işə qarışır, "bu iş Stalinin nəzarəti altındadır. Yaponiyalını diri tutmalı", deyib əməliyyata başlayır. Bundan sonra filmdə bir sıra gülməli əhvalatlar baş verir. Qrotesk üsulunda çəkilmiş bu filmin müəllifləri çox maraqlı və ciddi məsələyə toxunurlar: milləti, həyat tərzindən asılı olmayaraq, insanları bir-birinə yaxınlaşdıran mehribançılıq və zəhmətdir.

 

Saytımızda görmək istədiyiniz video var?

Əgər saytımızda hansısa bir filmi, serialı və ya verilişi görmək istəyirsinizsə bizə bu haqda məlumat verin.