Talada ev
685 baxış
Gizli şəkildə başqasının əməyinin bəhrəsindən istifadə etmək olarmı? Filmin balaca tamaşaçılara ünvanlandığını və uşaqların mənəvi tərbiyəsində əhəmiyyətli rol oynaya biləcəyini nəzərə alsaq, sual heç də ritorik deyil.
İki siçanın başına gələn əhvalatdan belə nəticə çıxarmaq olar ki, bir parça halal çörək qeyri-qanuni əldə edilmiş var-dövlətdən şirindir.
Ekran əsərində halal zəhmət, işgüzarlıq və əməksevərlik kimi yüksək amillər tərənnüm edilir.