www.surdotv.az video portalı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin informasiya əldə etmək hüquqlarının təmin olunmasında bərabər imkanların yaradılması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” adlı sosial sifarişinin icrası olaraq yaradılmışdır.
Müxtəlif maraqlı veriliş və proqramların, milli və xarici kinoların, məlumatlandırıcı və əyləncəli video materialların surdo-tərcümə olunaraq www.surdotv.az video portalına yerləşdirilməsi nəticə etibarı ilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin internet üzərindən video məlumat almasına imkan yaradacaq, eyni zamanda televiziya kanallarında verilən proqramların surdo-tərcümə edilərək SURDO TV internet kanalında yerləşdirilməsi həmin kateqoriyalı şəxslərin daha dolğun informasiyalar əldə edərək cəmiyyətə inteqrasiya olunmalarına zəmin yaradacaqdır.