Adı sənin, dadı mənim
173 baxış
Televiziya tamaşası Qəlyanalı (Səyavuş Aslan), Qəmzə (Nəsibə Zeynalova) və Həmzə (Əzizağa Qasımov) üçlüyü arasında baş verən gülməli hadisədən danışır. Qəlyanalı Qəmzənin malına, bağına görə onunla evlənmək istəyir. Həmzə isə Qəmzənin ayrıldığı keçmiş sevgilisidir. İş elə gətirir ki, Qəmzə Qəlyanalıya yox elə Həmzəyə ərə gedir. Qəlyanalının fırıldağı baş tutmur. Adı da Həmzənin olur, dadı da...