Günahsız Abdulla
24 baxış
Abdulla sakit bir müsəlman-kənd adamıdır. Lakin günlərin bir günü onu şərə salırlar və 10 il həbs cəzası alır. Tamaşa boyu Abdullanın həbsxanadakı əzabları əks etdirilir. O günahsız olduğundan həbsxana əzab verir, gündən-günə qisas alma arzusu onda daha da baş qaldırır. Bir gün həbsdən azad olunmağına az bir zaman qalmış o, dözməyərək həbsdən qaçır və tez kəndinə gəlir. Kənddə isə artıq onun yolunu heç kim gözləmirdi.