Əsas səhifə/ Filmlər / Yerli filmlər/ 220 №-li otaq

220 №-li otaq

106 baxış

Tələbə Yusif (Amid Qasımov) Moskvada institutu bitirib vətənə qayıtmaq üzrədir. O, vidalaşmaq üçün 220 №-li otağa, köhnət tanışlarının yanına gəlir. Burada onlar arasında qəribə dialoq baş verir. Dialoqun əsas mövzusu vətəndən uzaq düşən bəzi azərbaycanlıların öz doğulub boya-başa çatdıqları yerləri bəyənməmələri, oraya yuxarıdan aşağı baxmalarıdır. Burada Yusifin timsalında heç də hamının belə olmadığı göstərilir. Və nəticədə Yusif Azərbaycan haqqında artıq-əskik danışan həmyerlilərinə tüpürüb otaqdan çıxır.

 

Film tamaşaçını harada yaşayırsa yaşasın öz vətəni barədə düşünməyə, onu unutmamağa səsləyir. Film bu ifadələrlə bitir: Onlar Moskvada, 220 №-li otaqda yaşayırlar! Tapın onları! Qorxmayın, tüpürün onların üzünə!

Saytımızda görmək istədiyiniz video var?

Əgər saytımızda hansısa bir filmi, serialı və ya verilişi görmək istəyirsinizsə bizə bu haqda məlumat verin.