Arxada qalmış gələcək
366 baxış
2004-cü ildə qaçqın düşərgəsində yaşayan dəcəl oğlan Səməd yıxılaraq huşunu itirir və keçmişə — 90-cı illərə, müharibə bölgəsinə, əsgərlərin arasına düşür. O burada onların qəhrəmanlığının şahidi və iştirakçısı olur. Oğlan özünə gələndən sonra tamamilə dəyişir.Filmin ən təsiredici kadrlarından biri qaçqınların özlərinə ev etdikləri vaqonları Səmədin hərəkətə gətirməsidir. Vaqonlar bir-birinə calanaraq hərəkətə başlayır. Rejissor bu yerdə əl-ələ verib nəhayət ki, bu problemi həll etməyin vacib olduğunu göstərməyə çalışmışdır. Eynən bir-birinə calanan və hərəkətə gələn vaqonlar kimi...