Əsas səhifə/ Filmlər / Yerli filmlər/ Axınla aşağı

Axınla aşağı

277 baxış

Əli (Namiq Ağayev) Mingəçevir şəhərində yaşayan avarçəkmə müəllimidir. O, nə həyat yoldaşı ilə, nə də yeniyetmə oğlu ilə yola gedir. Eyni zamanda onunla birgə çalışan polşalı qadın sevgilisi (Aleksandra Andreyevska) ona birlikdə xaricə getməyi təklif edir. Hər dəfə bu təklifə Əli tərəddüd edir. Əli daxilən özünü tənha hiss edir. Və xoşbəxtliyi öz ailəsində deyil başqalarında axtaran zəif iradə sahibi və qərarsız biridir. Bu xarakteri də onun ailəsində problemlər yaradır. Qonşu qadın (Gülşad Baxşıyeva) onun həyat yoldaşı Leylaya (Mehriban Zəki) ərinin başqasıyla görüşdüyünü eyham vurur. Leyla isə əsl fədakar azərbaycanlı qadın tipajıyla qonşuya mən ona inanıram deyə cavab verir.

Əlinin oğluyla (Elmin İmamverdiyev) problemləri də filmin əsas mövzularından biridir. İlk səhnədən o oğlunu digərlərinin yanında təhqir edir və başqalarının yanında mənə ata demə deyə onu alçaldır. Ata oğlunu avarçəkənlərin kapitanı etsə də, sonradan idman yarışlarına az qalmış oğlunun kapitan "rütbə"sini əlindən alıb, başqasına verir. Bu hadisədən sarsıntı keçirən oğlan özünü suya atır və qeybə çəkilir.

Əli və Leylanın öz itkin düşmüş oğullarını axtarması filmin əsas hissəsinə çevrilir. Bu axtarış onların dağılmış ailəsini nisbətən təmir etməyə başlayır. Peşmançılığı üzünə yansıyan Əlinin bu iztirablı axtarışı, Leylanın keçirdiyi daxili təlatüm müəllif tərəfindən dəqiq göstərilmişdir. Onlar oğullarını axtarmaq məqsədilə birləşirlər və belə anda onları polşalı qadın da ayıra bilmir…

Saytımızda görmək istədiyiniz video var?

Əgər saytımızda hansısa bir filmi, serialı və ya verilişi görmək istəyirsinizsə bizə bu haqda məlumat verin.