Əsas səhifə/ Filmlər / Yerli filmlər/ Dərviş Parisi partladır

Dərviş Parisi partladır

4296 baxış

Filmdəki hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi Müsyo Jordan  mülkədar Hətəmxan ağanın qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi  özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar.Əsərdə olduğu kimi, filmdə də XIX əsr feodal Azərbaycanında hökm sürən ətalət və gerilik ifşa edilir, eyni zamanda sakit patriarxal mühitində mütərəqqi meyllərin yaranmasından danışılır, gənclər biliklərə yiyələnməyə dəvət olunur. İctimai elmlər, o cümlədən təbiətşünaslıq elmi təbliğ edilir.

Saytımızda görmək istədiyiniz video var?

Əgər saytımızda hansısa bir filmi, serialı və ya verilişi görmək istəyirsinizsə bizə bu haqda məlumat verin.