Firəngiz (film, 1975)
122 baxış
Süjetin əsasını məsul vəzifədə çalışan qadının — Firəngiz Tahirovanın (Vəfa Fətullayeva) ailəsinə münasibəti, kütlələrlə qarşılıqlı əlaqəsi təşkil edir.
Raykom katibi Firəngiz qayğıkeş, tələbkar olduğu qədər də sərt və barışmazdır. O, nəinki təkcə həmyerlilərini, hətta sevimli əri, tədqiqatçı Muradın (Rasim Balayev) və onun dostlarının nöqsanlarına dözmür, güzəştə getmir. Muradın yalan faktlar əsasında yazılmış elmi işinin yararsız olduğunu sübut edir, ərinin əliəyri "dostlarının" cinayət törətdiklərini üzə çıxarır. O, çətin də olsa, əliəyrilərin, natəmizlərin ifşa edilməsinə nail olur. Firəngiz xanım səmimi münasibəti, mehribanlığı, ədalətli olması ilə hamının rəğbətini qazanır.