Hacı Qara

314 baxış

Burada təkcə xəsisliyin ifşasından söhbət getmir. Ekran əsərində xalqımızın istək və arzularını, həyat tərzini, milli adət-ənənələrini əks etdirmək müəlliflərin əsas qayəsi olmuşdur. Filmdə yadelli, nankor ermənilərin zaman-zaman Azərbaycanın münbit torpaqlarına köçürülməsinə, yüksək çinli rus məmurlarının xalqımıza qarşı yeritdiyi müstəmləkə siyasətinə etiraz işarələri vardır. Bu ştrixlər personajların dialoqlarında və xarakterlərində daha qabarıq verilmişdir.

Film əvvəldən axıradək bəstəkar Arif Məlikovun şux, oynaq musiqisi ilə, ayrı-ayrı obrazlar üçün yazdığı duzlu, məzəli mahnılarla müşayiət olunur. Heydər bəylə (Elnur Mehdi) Sonanın (Günel Həsənzadə) lirik məhəbbət əhvalatı filmin leytmotivini təşkil edir. Film Şərq, o cümlədən Azərbaycan kinosu üçün xarakterik olan xoşbəxt sonluqla bitir.

Saytımızda görmək istədiyiniz video var?

Əgər saytımızda hansısa bir filmi, serialı və ya verilişi görmək istəyirsinizsə bizə bu haqda məlumat verin.