İmtahan
265 baxış
Filmin mərkəzində Qiyas müəllimlə (Hamlet Xanızadə) onun əmisi, professor Bəhramın (Rauf Atakişiyev) həyata baxışlarındakı ziddiyyətlər üzərində qurulmuş süjet durur. Bu əks xarakterli adamların mənəvi keyfiyyətlərinin psixoloji təhlili, Qiyasın ağarəfilərə, şamxallara, firuzlara qarşı kəskin müübarizəsi, onun halallıq, paklıq, düzlük kimi mənəvi amillərə əsaslanan həyat fəlsəfəsi, bizim günlərin ab-havası filmdə öz əksini tapmışdır.
Film azpersonajlıdır. Lakin qəhrəmanların hər biri öz xarakterinə görə çox mürəkkəbdir.