Mənim günahım (1-ci hissə)
404 baxış
Bəzən elə olur ki, vəzifə insana xoşbəxtlik gətirmir. Əksinə insanın əlindən ən müqəddəs saydığı amilləri alıb aparır. Lakin bu amilləri qoruyub saxlamaq çox çətindir və bir çox fədakarlıqlar tələb edir...
- Sahiblə (Rəfael Dadaşov) Nurcahan (Amaliya Pənahova) aralarındakı yaş fərqinə baxmayaraq xoşbəxt ömür-gün yoldaşıdırlar. Nurcahan 40 yaşında və tezliklə səhnəylə vidalaşmağa məcbur olan balerinadır. Sahibin şəhərin sədri seçilməyi ona sanki bir təskinlik verir. Lakin tezliklə vaxtilə Sahibə yardım edən şəxslər indi ondan çox böyük xahişlər edirlər. Sahib isə öz vicdanına qarşı gələ bilmir və bu dələduzların xahişlərini rədd edir. Beləliklə bu paxıl, mərdiməzar və aravuranlar Sahiblə Nurcahanın ailə həyatına zərbə endirməyə çalışırlar. Və nəticədə onların xoşbəxt ailə həyatı dağılır. Nurcahan Sahibi və şəhəri tərk etməyə məcbur olur...