Nəfəs

209 baxış

Filmdəki hadisələr İkinci Dünya Müharibəsi illərində Azərbaycanın ucqar dağlıq kəndində mühafizəkar Ağabəyim xalanın ailəsində baş verir. Ağabəyim xala müharibədə olan oğlu Möhbalının ölüm xəbərini alır. Həmin vaxt Ağabəyim gəlini Şirinlə yaşayır. Bu kiçik dağlıq kənddə Şirinin atası Ağamusa və qonşunun azyaşlı oğlu Baxışdan başqa heç bir kişi yoxdur. Ağabəyim Şirinin hamiləliyindən müəyyən müddətdən sonra xəbər tutur. Kənddə kişilərin olmaması onun tərəfində müəyyən şübhələr yaradır. Hadisələr buna görə mürəkkəbləşir. Nəhayət, o, şübhələrinə səbəb tapır və hadisələrin ziddiyəti dərinləşir.

Saytımızda görmək istədiyiniz video var?

Əgər saytımızda hansısa bir filmi, serialı və ya verilişi görmək istəyirsinizsə bizə bu haqda məlumat verin.