Əsas səhifə/ Filmlər / Yerli filmlər/ Ölsəm bağışla

Ölsəm bağışla

6262 baxış

Film məhəbbət, haqsızlığa qarşı mübarizə və ölüm haqqındadır. Filmin əsas süjet xətti iki gənc arasındakı məhəbbət üzərində qurulmuşdur. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Həyat filmin qəhrəmanını bir çox sınaqlardan keçirir, sərtləşdirir. Hər addımında haqsızlıqlarla üzləşən Yusif  onlarla təkbaşına mübarizə aparmalı olur. Amma o, xasiyyətcə mülayim adamdır. Yusif müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız onu gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı? O, sevdiyi qızla xoşbəxt həyat sürməyi arzulayır. Filmin sonunda qəhrəman ölür. Onun qəlbi hər cür natəmiz fikirlərdən uzaq olduğu üçün qara qüvvələrlə sona qədər mübarizə apara bilmir.

Saytımızda görmək istədiyiniz video var?

Əgər saytımızda hansısa bir filmi, serialı və ya verilişi görmək istəyirsinizsə bizə bu haqda məlumat verin.