Qala

205 baxış

Hadisələr təxminən 20-ci əsrin 90-cı illərində baş verir. Filmdə bir qala obrazı var və bu qala bütün hadisələrin şahididir. Dağların arasında ucqar bir kəndin yaxınlığındakı bu qədim qala vaxtilə düşmənlərin hücumuna məruz qalıb. Amma heç vaxt təslim olmayıb.

Kəndə film çəkən qrup gəlir. Burada olan tarixi qala uzun müddət baxımsızlıq ucbatından dağılmış, kənd camaatı onun daşlarını da söküb özləri üçün ev tikmişlər. Ancaq bu insanlar çəkiliş qrupunun bu qalaya göstərdiyi maraq nəticəsində ona münasibətlərini dəyişmişlər. İndi artıq onlar bu qalanı tək abidə kimi yox, həm də xalqın tarixi yaddaşının daşıyıcısı kimi qəbul edirlər.

Düşmənlə sərhəddə yerləşən kənd camaatı hər gün səksəkə içərisindədir. Və bir gün kəndi boşaltmaq lazım gəlir. Çünki düşmən sərhədi keçib, kəndə doğru böyük qüvvə ilə irəliləyir. Hamı kəndi qoyub gedir. Yalnız çəkiliş qrupu üzvlərindən biri kəndi tərk etmək istəmir və həmin qalada qalır. Deyir ki, nə qədər qaçacağıqsa, bizi bir o qədər də qovalayacaqlar.

Saytımızda görmək istədiyiniz video var?

Əgər saytımızda hansısa bir filmi, serialı və ya verilişi görmək istəyirsinizsə bizə bu haqda məlumat verin.