QAZ (2005)
1 baxış
"QAZ" (2005) — baş rollarını məşhur aktyorlar Rafael İsgəndərov (İsa) və Coşqun Rəhimovun (Məlik) canlandırdığı, macəra və müəmma janrlarında ərsəyə gətirilmiş unudulmaz Azərbaycan komediya filmidir. Bəstəkarı Gövhər Həsənzadə olan ekran əsərinin süjeti Xəzər sahilinə dincəlməyə gedən dostların ətrafında qurulub. Çimərlikdə yeyib-içib yuxuya qalan yoldaşlar ayılanda bütün paltarlarının və maşınlarının oğurlandığını görürlər. Bu qəribə hadisədən sonra onların düşdüyü absurd, gülməli və çarəsiz vəziyyətlər filmin əsas yumoristik xəttini təşkil edir