Qətl günü
202 baxış
Bu, film-xəbərdarlıqdır. Kinolent zaman etibarilə tariximizin üç dövrünü-keçmişini, dünənini və bu gününü bir-birinə bağlayan ümumi bir mövzuya, xalqın taleyi mövzusuna həsr olunmuşdur. Keçmişdə istilaların, yeni dövrdə isə repressiyaların qurbanı olmuş şəxsiyyətlər bu taleyin mərkəzində dururlar. Nə qədər ki, xalq yaşayır, bu günahsız qurbanlarını, müqəddəslərini yad edəcək, bu günün mahiyyətini daha dərindən duya biləcəkdir.
Filmdə bütün hadisələr baş qəhrəmanın-xəstənin (Hamlet Xanızadə) taleyi ilə bilavasitə bağlıdır.