Xatirələr sahili
336 baxış
Film-düşüncə İkinci dünya müharibəsinin ağır illərində həyata qədəm qoymuş, müharibədən sonra yetkinləşmiş adamlardan, onların doğma torpağı yeniləşdirməyə, daha da zənginləşdirməyə, gözəlləşdirməyə çalışdıqlarından bəhs olunur. Film-düşüncə gənclərin cəmiyyət qarşısında məsuliyyəti, mənəvi əlaqələri haqqındadır.
Müharibə illərinin qara günlərinin birləşdirdiyi uşaqlar indi necə yaşayırlar, onların taleyi necə həll olunub, həyatlarında nə kimi dəyişikliklər baş verib? Film bu barədə söhbət açır.