Arvadım mənim, uşaqlarım mənim
692 baxış
Əhvalat kənddə yaşayan böyük bir ailə haqdadır. Ailədə 11 uşaq böyüyür. Fazil (Kamil Məhərrəmov) bostançı, Güldəstə (Gülşən Qurbanova) isə evdar qadındır. Günlərin birində Güldəstəyə 11 uşaq böyütdüyünə görə mükafat verilir və avtomobil hədiyyə olunur. Toylarda müğənnilik edən qonşusu Səfər (Ramiz Əzizbəyli) Fazili tovlayır, avtomobili ona satmağı, onunla toylara getməyi məsləhət görür, daha çox pul qazana biləcəklərini deyir. Fazil daha bostançı da işləmək istəmir, ailəsini də unudur. Güldəstə minik maşınını paltaryuyan maşına dəyişir...