Əsas səhifə/ Filmlər / Yerli filmlər/ Bakının işıqları

Bakının işıqları

79 baxış

Film Bakı neftçiləri haqqındadır. Hadisələr 30-cu illərdə başlayır və İkinci Dünya müharibəsi illərində daha da inkişaf edir. Bu vaxt Bakı neft mədənləri artıq yeni texnika ilə təchiz edilmişdi, açıq dənizdə yeni qazma üsulları sınaqdan çıxarılmışdı. Neftçilər alman-faşist işğalçılarına qarşı döyüşən ordunu bol yanacaqla təchiz etmək və qələbəni yaxınlaşdırmaq üçün fədakarcasına çalışırdılar. Filmin sonunda görürük ki, müharibədən sonrakı ilk illərdə Bakıda yeni neft buruqlarının işıqları yandırıldı.

Hadisələrin fonunda usta Əlibala (Mirzəağa Əliyev) və onun neftçilər briqadası üzvlərinin əmək qəhrəmanlığı, fədakarlığı, gündəlik qayğıları və şəxsi həyatı öz əksini tapmışdır.

Saytımızda görmək istədiyiniz video var?

Əgər saytımızda hansısa bir filmi, serialı və ya verilişi görmək istəyirsinizsə bizə bu haqda məlumat verin.