Həyat, sən kiminsən?
388 baxış
Azərbaycanın ucqar kəndlərindən biri... 30-cu illər. Kollektivləşmə dövrü. Hadisələr əsasən yenilik rəmzi kimi kəndə işləməyə gəlmiş gənc bir müəllimin (Tariyel Qasımov) ətrafında cərəyan edir.
Müəllimin kəndə gəlişi ilə kimsəsiz qız (Zemfira İsmayılova) nişan üzüyündən imtina edir və meylini müəllimə salır. Burada qızın keçmiş nişanlısının taleyindən də bəhs olunur.
Filmin sonunda müəllim gənc oğlanın məhəbbətinə mane olmamaq üçün kənddən getməyi qərara alır. Lakin məhəbbəti daşa dəymiş gənc onu yenidən kəndə qaytarır.