Mübariz (2023)
2 baxış
"Mübariz" (2023) — Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şərəfli ömür və döyüş yoluna həsr olunmuş, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin (AzTV) istehsalı olan tammetrajlı bədii-sənədli filmdir. Ssenari müəllifi və baş prodüseri Nicat Mənalı, quruluşçu rejissoru isə Natiq Novruzov olan təxminən 90 dəqiqəlik bu ekran əsəri, qəhrəmanımızın 5 yaşından başlayaraq şəhidlik zirvəsinə ucalana qədər keçdiyi vətənpərvərliklə dolu həyatını bədii şəkildə canlandırır.