Qocalar
419 baxış
Film qocalığın doğurduğu psixoloji amillərin insan həyatına təsirindən bəhs edir. Uzun müddət bir yerdə yaşayan ər-arvadın həyatı əks olunur. Təxminən 60-70 yaşında olan bu cütlüyün övladları yoxdur. Kişi meylini ev bitkilərinə salıb, evdə çoxlu bitki saxlayır. Qadın isə evdar qadındır, özünü ev işlərinə həsr edib. Qadın ərindən diqqət gözləyir, çalışır ki, ərini bitkilərdən yayındırıb, özünə cəlb etsin. Amma buna nail ola bilmir.
Bir dəfə qadın təsadüfən ərinin dibçəklərindən birini salıb sındırır. Kişi hay-küy salır, isterika yaradır və güllərini öz otağına yığıb, evi bölür. Qadın başa düşür ki, bu cür yaşamaq mümkün deyil və televizorda reklamını gördüyü qocalar evinə gedir. Bu qocalar evi vərdiş etdiyimiz dağınıq, uçuq, hamının yadından çıxmış qocalar evi deyil. Çox təmtəraqlı, romantik auralı bir qocalar evidir. Qadın burada qoca bir polkovniklə tanış olur. Amma qadın qocalar evində də sıxılmağa başlayır. Kişi də evdə darıxır, etdiyi hərəkətdən peşman olur. Film qadının evə qayıtması ilə bitir.